Uzun bir səyahətdən döndükdən sonra, hər nə qədər gözəl yerləri gəzsəniz belə evinizə girdiyiniz an “Ev kimisi yoxdur” deyirsiniz. Çünki insan heç bir yerdə öz evindəki kimi rahat ola bilməz. Məsələn, evdə duş qəbul edirik, istədiyimiz zaman yemək yeyirik, yorulduqda uzanıb dincəlirik, yuxumuz gəldikdə yatırıq, istədiyimiz tonda danışaraq deyib-gülürük, istədiyimiz qədər telefonda vaxt keçirə bilirik, istədiyimiz geyimdə oluruq və s. Lakin iş mühitində bunları etmək olmur, olmaz. Bəs, o zaman niyə “İş insanın ikinci evidir” deyirlər? Axı, biz işdə evimizdə etdiklərimizi edə bilmirik. Bu halda iş insanın necə ikinci evi ola bilər?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Əslində işin insanın ikinci evi olması şəxsin çalışdığı iş yerindən və mühitdən asılıdır. Belə ki, ciddi dövlət qurumlarında və böyük şirkətlərdə işdə çox ciddi rejim olur. Məsələn, əksər belə müəssisələrdə işə gec qalmaq səbəbindən işçinin maaşından müəyyən məbləğ kəsilir, evə tez getmək, iş saatları daxilində yemək yemək, telefon istifadə etmək qadağan edilir. Hətta elə müəssisələr var ki, orada ayağa qalxıb otaqdan çıxmaq belə problemdir. Bir sözlə, bu müsəssisələrdə maaş yüksək olsa da, iç rejimi çətindir.
Bununla yanaşı ciddi iş rejimi olan kiçik müəssisələrin sayı da az deyil. Yəni, sadaladığımız qadağalar burada da ola bilər.

Araşdırmalar göstərir ki, işin insanın ikinci evi olmamasına şərait yaradan digər bir səbəb isə mühitdir. Əksər müəssisələrdə işə yeni gələnlərə qəribə münasibət bəslənilir. Daha çox yaşca böyük təbəqə yeni gələnləri əzməyə, onları sual atəşinə tutub bir səhv tutmağa və gözdən salmağa çalışır. Belə halda da iş insanın ikinci evi ola bilməz. Çünki evdə heç kim sənin yoluna daş qoymur.
Bununla yanaşı yeni iş yerində insana xoş münasibət bəsləyən, ona evində kimi hiss etdirən, ona müsbət təcrübələr qazandıran mühit də az deyil. Belə iş yerindən ayrılmaq da çox çətin olur. Çünki ailə kimi hiss etdirən insanlar yaddaşlarda daim xoş xatirələrlə qalır.
Həmçinin, gözəl bir iş guşəsi də insanı evində kimi hiss etdirə bilər.
İdeal iş mühiti üçün 5 məsləhət:
- Rahatlıq məsələləri
İnsanın işləyərkən özünü mümkün qədər rahat hiss etməsi təkcə məhsuldarlıq deyil, həm də sağlamlıq baxımından önəmli məsələdir.

- Çalışdığımız otaq kifayət qədər aydınlıq olmalıdır
- Səliqəli iş masası və təmiz iş yeri olmalıdır.
- Diqqəti yayındıran şeylər olmamalıdır.
- Ətraf mühit təravətli olmalıdır.
İşəgötürənlər unutmamalıdırlar ki, işçilər şirkətin ən vacib sərvətidir və onlara mümkün qədər sərmayə qoymalıdırlar. İşçilərə mümkün qədər öz istəklərini verməyə çalışaraq, bu sərmayəni asanlıqla həyata keçirə və peşəkar inkişaf üçün imkanlar yarada bilərlər. Bu yolla şirkət üçün iş həcminin və qazancının artmasına nail olmaq mümkündür. Araşdırmalar və sorğular göstərir ki, insanlar özlərini rahat və xoşbəxt hiss etdikləri iş mühitlərində daha məhsuldar və daha uğurlu olurlar.
İş mühiti necə olmalıdır sualının cavabı insanların peşələrinə, adlarına və cinsinə görə dəyişir. İnsanlar işdəki dostluğun işlərinə təsir edəcəyini bildirərkən, bəziləri dostları işlərində faydalı bir amil kimi görmürlər. Araşdırmanın nəticələrində bu, kişi işçilərin iş mühitində dostluğa əhəmiyyət vermədiyini, qadın işçilərin iş mühitində yaxşı həmkarlara ehtiyacı olduğunu göstərir.

Anketlər nəticəsində əldə edilən məlumatlarda iş mühitinin personala müsbət təsir edəcək şəkildə təşkil edilməsi və geniş olması zərurəti də yer alır. Soyuq və şəraitsiz mühitdə işləmək işə mənfi təsir edir və motivasiyanı azaldır.

Əgər iş mühitində kifayət qədər istilik, işıq və ya rahatlıq yoxdursa, personal tərəfindən mənfi şərhlər edilirsə, müvafiq mühitdən uğur gözləmək mənasız olacaq. İş mühitinin temperaturu işçilərə uyğun olmalı, eyni şəkildə iş yerində işıqlandırma seçimi düzgün aparılmalı və işıqlandırma məsələsinə diqqət yetirilməlidir. Bununla yanaşı, iş yerindəki səs-küy çirklənməsi və narahatedici səslər də personala mənfi təsir göstərə bilər.

İş yeri necə olmalıdır sualının cavabı üçün ən əhəmiyyətli olması lazım olan başqa bir məqam da işçilərin yerləşdiyi iş yerinin sağlamlığa uyğun olmasıdır. Havalandırma, təmiz su və qida iş mühitinin sağlamlıq üçün əlverişli olmasını təmin edəcəkdir. Belə ki, işçilərin sağlamlığı üçün maksimum həssaslıq göstərilməlidir.
Bəzi mənbələr göstərir ki, ciddi iş rejimi olan müəssisələr daha uğurlu hesab olunur. Səbəb də odur ki, burada işçilər 7/24 çalışır və s. Bu belə ola bilər. Lakin, daim yorğun və xoşbəxt işçisi olmayan müəssisə nə dərəcədə uğurlu hesab oluna bilər ki? Orada uğurlu və yeni ideyalarla hansı işlər görülə bilər?! İşçiyə sərt qadağalarla yanaşı azadlıq da vermək lazımdır. O halda ki, çalışan şəxs də verilən azadlıqdan sui-istifadə etməsin. Bu zaman iş insanın ikinci evi kimi ola bilər. Sıxıldığı, əzildiyi, sərt əmrlər verildiyi yer insanın ikinci evi sayılmır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB