"Polis tam gücləndirilmiş qaydada bayram günlərində də xidməti təmin edəcək" - QURUM RƏSMİSİ DANIŞDI

"Polis tam gücləndirilmiş qaydada bayram günlərində də xidməti təmin edəcək" - QURUM RƏSMİSİ DANIŞDI

"Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alsaq, onu deməyə əsas verir ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək".
SİA xəbər verir ki, məsələ ilə bağlı vətəndaşlara müraciət edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır.

Onun sözlərinə görə, xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneyə yaradır.

Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha da ciddi yanaşmağı, süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi, bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə