“Son 4 ildə ölkəmizdə minimum pensiya 2,2 dəfə artıb”

“Son 4 ildə ölkəmizdə minimum pensiya 2,2 dəfə artıb”

“Son 4 ildə ölkəmizdə minimum pensiyanın 2,2 dəfə, orta aylıq pensiyanın 80 faiz, sosial müavinət və təqaüd ödənişlərinin 3,5 dəfə artdığı, bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunduğu, sosial təminat sisteminin əhatə dairəsinim daha da genişləndirildiyi diqqətə çatdırılıb. SİA xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, pensiya islahatlarının davamı olaraq bu il “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.

2023-cü ildən isə pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək. 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi. Bu maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq.

Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 mln. manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə