“DSMF-nin 2022-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 548,8 mln. manat və ya 10,6 faiz çox olmaqla 5726,4 mln.manat təşkil edib. Həmin gəlirlərin 4580,5 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da əvvəlki illə müqayisədə 19,1 faiz və ya 733,2 mln. manat çoxdur”. SİA xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2021-ci ilə nisbətən büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları 1695,5 mln. manat və ya 21,7 faiz artaraq 302,7 mln. manat, qeyri-büdcə təşkilatları üzrə isə 2885 mln. manat və ya 17,5 faiz artaraq 430,5 mln. manat təşkil edib.
Fondun bu ilki xərcləri ötən ilə nisbətən 8,4 faiz və ya 407,8 mln. manat artaraq 5250,3 mln. manat təşkil edib. Xərclərin 5083,8 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən illə müqayisədə 7,8 faiz və ya 366,8 mln. manat çoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB