“Alyans” Gənclər Mərkəzi"nin fəaliyyətə başlamsından bir il ötür
Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi"nin fəaliyyətə başlamasından bir il ötür. Təşkilat ötən bir il ərzində azərbaycanlı gənclərin maariflənməsi, müxtəlif peşə ixtisaslarına yiyələnməsi və intiqrasiyası istiqamətində əməli işlər görüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Alyans” GM-nin bir illik fəaliyyəti ilə bağlı keçirilən yığıncaqda məlumat verilib.
“Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova deyib ki, ötən bir il ərzində mərkəzdə soydaş gənclər üçün Azərbaycan, gürcü, ingilis, alman dilləri, həmçinin, Azərbaycan tarixi, rəsm və xalçaçılıq üzrə kurslar təşkil olunub. Bu kursları uğurla başa vuran 60-dan çox gəncə sertifikatlar təqdim edilib.
Sonra mərkəzin sədri Leyla Əmrahova mərkəzin fəaliyyəti, burada gənclər üçün nəzərdə tutulmuş təlim, tədris proqramları barədə ətraflı məlumat verib.
Çıxış edən müəllim və valideynlər belə bir mərkəzin yaradılmasına və fəaliyyətinə göstərilən diqqət və dəstəyə görə, Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də ölkəmizin Gürcüstandakı səfirliyinə minnətdarlıq ediblər.
Çıxış edənlər mərkəzin fəaliyyətə başlamasının bir ili münasibətilə kollektivi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
“Alyans” GM-nin müəllim və tələbələri, yeniyetmə və gənclər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını və dünya azərbaycanlılarını təbrik ediblər.
Sonda kurslarda xüsusilə seçilən müəllim və təlimçilərə, fəal tələbələrə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB