Çövkən üzrə “Prezident Kuboku”nun qalibləri mükafatlandırılıblar- FOTO

Çövkən üzrə “Prezident Kuboku”nun qalibləri mükafatlandırılıblar- FOTO

Dekabrın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin üçüncülük uğrunda və final oyunu keçirilib.

SİA xəbər verir ki, əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Yarışın əsasnaməsinə uyğun olaraq qrupu 1-ci və 2-ci yerdə başa vuran komandalar – “Polad” və “Sərhədçi Qarabağ” final oyununda qarşı-qarşıya gəliblər. “Polad” komandası 2:1 hesablı qələbə qazanaraq kubokun sahibi olub.

Turnirin bürünc medalını qazanan komanda da bəlli olub. “Buta Qolden” və “Sərhədçi Dilboz” komandaları arasında keçən oyun “Sərhədçi Dilboz” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonda qaliblər xüsusi pul mükafatları, diplomlar, medallar və yarışın qalib komandası isə eyni zamanda kubokla təltif olunublar.

Qeyd edək ki, ümumilikdə 5 komandanın iştirakı ilə təşkil olunan yarışlarda 12 oyun keçirilib. Qrup oyunlarının nəticələrinə əsasən “Polad” komandası 10 xalla 1-ci yer, “Sərhədçi Qarabağ” 8 xalla ikinci, “Buta Qolden” 5 xalla üçüncü, “Sərhədçi Dilbaz” 4 xalla dördüncü və “Köhlən” komandası isə heç bir xalla beşinci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə