Əmək və sosial müdafiə sahəsində bu il aparılan işlər və qarşıda duran hədəflər müzakirə olunub - FOTOLAR
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyiolan şəxslərə daha 50 mənzil təqdim edilib. SİA xəbər verir ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əməkvə əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşrifahının təminatı prinsipinin dayandığını vurğulayıb.
O, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətənmüharibəsindən sonra dövlət başçısının göstərişinəəsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icraolunan genişmiqyaslı sosial dəstək proqramından bəhs edib.
Qeyd olunub ki, proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 121 min şəxsə sosial dəstək yönümlü 260 min xidmət göstərilib.
Sosial dəstək proqramının mühüm istiqamətlərindən birikimi, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300 mənzil və fərdi ev verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev təqdim edilib.
Mənzillərlə təmin edilən vətəndaşlar dövlət tərəfindən daim dəstəklə əhatə olunduqlarını bildirib, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB