AMEA-da şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib - YENİLƏNİB-FOTOLAR
Bu gün YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Mərkəzi Elmi Kitabxanası üzrə Ərazi Partiya Təşkilatlarının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım” gedib qayıtmayanlara, yarımçıq qalanlara...... adlı filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə fəlsəfə elmləri doktoru, professor AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, Məmməd Əliyev açaraq Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığının Zəfər tariximizdəki müstəsna rolundan danışıb.
Sonra YAP Yasamal rayonu Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov şəhid Murad Nağıyevin şanlı həyat yoluna həsr edilmiş tədbirə qatılmış şəhid ailələrini və qonaqları tədbir iştirakçılarına təqdim edib, Zəfər tariximizin qəhrəmanları ilə alimlərin müntəzəm görüşlərini, onların hər zaman dövlətimizin diqqət və qayğıları ilə əhatə olunduğunu diqqətə çatdırdı. Şəhid Murad Nağıyevin qəhrəmanlığının gənc nəslə örnək olduğunu bildirdi. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işcisi, Tünzalə Musayeva Şəhid Murad Nağıyevin həyat yoluna dair mətni iətirakçıların diqqətinə çatdırdıqdan sonra onun döyüş yoluna həsr edilmiş “Qayıtsaydım” gedib qayıtmayanlara, yarımçıq qalanlara...... adlı film nümayiş etdirilib.
Daha sonra tədbirə qatılmış bir sira elm və ictimaiyyat nümayəndələrinin çıxışları dinlənilib.
Tədbirə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və AMEA Mərkəzi Elmi Kitabxanasının kollektivi ilə yanaşı şəhid anaları və onların yaxınları, tanınmiş kino aktyoru, dramaturq “Qayıtsaydım” gedib qayıtmayanlara, yarımçıq qalanlara...... adlı filmin rejissoru. Kamran Ağabalayev, SƏS Media Qrupu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, Şəhid Murad Nağıyevin əziz xatirəsinə həsr olunmuş kitabın redaktoru, Ə.Kərim adına Poeziya Evinin direktoru, şair AYB-nin üzvü, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü İbrahim İlyaslı, Görkəmli jurnalist, uzun muddət Az-Tv-nin Orta Asiya üzrə müxbiri, Aprel şəhidləri ilə bağlı ikicildlik kitabların müəllifi, Saxa Yakutiya Respublikasının "Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" medalına layiq görülmüş Aida Eyvazlı, Şəhid Murad Nağıyevin oxuduğu 271 saylı məktəbin direktor müavini Ruxsarə Əlizadə, Odlar Yurdu qrupu, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işcisi tarix üzrə fəlsəfə doktoru, İlham Həsənov və b. qatılmış və çıxış edərək “Qayıtsaydım” gedib qayıtmayanlara, yarımçıq qalanlara...... adlı filmin və “Murad” adlı kitabın ictimaiyyata təqdim olunmasının əhəmiyyətindən, Şəhidlik zirvəsinin uca məqamından danışmışlar. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə onumuş Zəfər səlnaməmizin əbədi olduğunu, xalq lider birliyinin sarsılmazlığını önə çəkiblər.
Vətən müharibəsi iştirakcısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, Şəhid ailələri adından şəhid Fəxrin Qəribzadənin anası Mehparə xanım Qəribzadə çıxış edərək şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın Vətənimizin başını uca etdiklərini və bununla bütün xalqmızın fəxr etdiyini bildiriblər. Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini ifadə ediblər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icracı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli AMEA –nın rəhbərliyinin şəhid ailələrinə olan diqqətinin ayrıca bir istiqamət kimi həyata keçirildiyini bildirib, qəhrəmanlıq tariximizin elmi əsalarla öyrənilməsində alimlərin rolunun diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB