“Bu il ərzində peşə hazırlıq kurslarına 4019 nəfər cəlb olunmuş, onlardan 1547-i nəfəri işlə təmin olunub”. SİA xəbər verir ki, bu sözləri 2022-ci ilin yekunlarına dair mətbuat konfransında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.
O bildirib: “PHM-lər üzrə 46 peşə və üzrə cəlb olunmuş 2352 nəfərdən 1083-ü işlə təmin olunub. 76 istiqamət üzrə 175 aktual peşə və ixtisasın siyahısı və onların yuxarı xərc məbləği təsdiq olunub. Eyni zamanda Bərdə və Quba rayonlarında yeni Peşə Hazırlığı Mərkəzlərinin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB