Yeni il hədiyyələri seçərkən necə diqqətli olmalıyıq? - ARAŞDIRMA
Yeni il hədiyyələri ən çox müxtəlif növ və adlarda qənnadı məmulatlardan və uşaq oyuncaqlardan ibarət olur.
Uşaqlar üçün yüksək keyfiyyətli və təhlükəsiz hədiyyələr almaq üçün bir neçə qaydaya əməl etmək vacibdir. Hədiyyə seçərkən təkcə onun xarici görünüşünə baxmaqla kifayətlənməməlidir. Eyni zamanda, hədiyyənin qablaşdırmasına, eləcə də onun içərisində məhsulun vaxtına diqqət etmək lazımdır. Bir çox hallarda hədiyyənin içində qənnadı məmulatlara şokolad, biskvit peçenye, müxtəlif südlü şirniyyatlar olur.

Hədiyyə seçərkən ən çox nəyə diqqət yetirmək lazımdır?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Ölkəmizdə istehlakçılara Azərbaycan dilində məlumat verilmədən, məhsulların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər olmadan hədiyyə qablaşdırılmış məmulatlarının satışına icazə verilmir. Keyfiyyətsiz malların alınması riskləri yüksək olduğundan, dəyəri cəlbedici görünsə belə, bu malları almaq məsləhət görülmür.
Qida məhsullarının arasında olan oyuncaq haqqında belə məlumat yerləşdirilməlidir. Bayram ərəfələrində şikayətlər daha çox keyfiyyətsiz qida məhsulları və qapağı açılmayan şampan şüşələri ilə bağlı olur.

İstehsalçılar məhsulları cəlbedici qablaşdırmada təqdim etməyə çalışsalar da, çox zaman istehlakçılara bu məhsullar ya vaxtı keçmiş tarixlə çatdırılır, ya da o məhsullar lazımi şəraitdə saxlanılmır.
Mütəxəsislər hədiyyə almaq üçün pərakəndə satış şəbəkələrinə və ixtisaslaşmış mağazalara üz tutmağı məsləhət görürlər.
Oyuncaqlara gəldikdə isə üç yaşdan kiçik uşaqlar üçün oyuncaqlar təbii xəz və dəridən ibarət olmamalıdır. Allergologlar bunun sonunu allergik əks təsirlərlə nəticələnəcəyini söyləyirlər. Həmçinin, oyuncaqlar şüşədən və digər qırıla bilən materiallardan olmamalıdır.
NECƏ SAXLAMAQ lazımdır?
Şirin hədiyyələr 15-17 dərəcə temperaturda saxlanmalıdır, əks halda saxlama şəraitinin pozulması səbəbindən məhsuldan istifadə zəhərlənmələrə gətirib çıxara bilər.

Xonça MMC istehsal direktoru, Qida texnoloqu, şef -qənnadıçı Rəhman Ələkbərov:" Hədiyyələr qida məhsulu kimi alınarsa, mütləq şəkildə saxlanma müddətlərinə diqqət yetirilməlidir. Bundan başqa saxlanma şəraiti də önəmlidir.
Məsələn, Yeni il qutuları çox zamanlar qarışıq şirniyyatların xüsusi dizayn ilə qablaşdırılmış qutuda təqdim olunur ki, saxlanma müddətləri normal olsa da, belə saxlanma şəraiti pozula bilər.
Belə olan halda tövsiyə edərdim ki, o qutuları yox məhsulu ayrıca doğru və düzgün yerdə sərgilənmiş məhsullara üstünlük verəsiniz. Fəsadlar məhsullara görə, insana görə dəyişir. Bu yüngül zəhərlənmə, mədə bağırsaq sisteminin pozulması və s. kimi fəsadlar törədə bilər.
Sağlam məhsul seçin sağlam yaşayasınız".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB