“Bu gün biz əmək bazarının təhlili məsələsini həyata keçiririk, bununla bağlı müzakirələr həyata keçiririk”. SİA xəbər verir ki, bu sözləri 2022-ci ilin yekunlarına dair mətbuat konfransında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.
O sözlərinə belə davam edib: “Universitetlər tərəfindən tətbiq olunan peşələrin bəzilərinin artıq əmək bazarında rolunun zəiflədiyini görürük. Bundan əlavə yeni yaranan peşələr də olduqca çoxdur. Ən aktual peşələr sırasına kənd təsərrüfatı, texnologiyalar, xüsusilə də İT sahəsi daxildir. Hansı ki, bu sahələrin qarşıdakı illərdə əmək bazarında daha böyük üstünlüyə sahib olacağını görəcəyik”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB