“Baş verən ekoloji terroru, oğurluğu, talançılığı pisləyir və sizi baş verənlərə biganə qalmamağa çağırıram” - Hacı Surxay Məmmədli
Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Şuşa-Laçın yolunda baş verən dinc aksiyalarla bağlı Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin birgə qəbul etdikləri bəyanata münasibət bildirib.
Hacı Surxay Məmmədli qeyd edib ki, bütün bu baş verənləri, ermənilərin törətdikləri talançılığı hər pisləyir və sözügedən bəyanata qoşulur: “Əziz möminlər! Bildiyiniz kimi artıq günlərdir Şuşa-Laçın yolunda gənclər, ziyalılar və qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr dinc etiraz aksiyası keçirirlər. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri birgə bəyanat qəbul ediblər. Mən də öz növbəmdə ilk olaraq bir vətəndaş kimi daha sonra Cümə imamı, Dini İcma Rəhbəri və bir din xadimi kimi bu bəyanata qoşuluram. Baş verən ekoloji terroru, oğurluğu, talançılığı hər bir halda pisləyir və siz əzizləri də baş verənlərə biganə qalmamağa çağırıram. Baş verən hər hansı bir cinayətə oğurluğa terrora biganə qalmaq həmən çirkin əməli edən şəxslərlə az qala həmin cinayətə şərik olmaq deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB