"Gənc hakimlər ədalət prinsipini pozmasınlar" - RAZİ NURULLAYEV

"Gənc hakimlər ədalət prinsipini pozmasınlar" - RAZİ NURULLAYEV

"Məhkəmələrin içində baş verən müsbət dəyişiklikləri alqışlayırıq. Etiraf edək ki, məhkəmələrlə bağlı gələn ərizələrin sayı da azalıb. Məhkəmə müstəqil orqandır və biz deputatlar onlara göstəriş verə bilmərik". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bəzi cavan hakimlər praktiki səhvlərə yol verir və ədalət prinsipini pozur: "Mən hər zaman vətəndaşların yanındayam, lakin bəzən onlar da haqsız olur.

Nəzərə alsaq ki, məhkəmə uzun vaxt ərzində işə baxır, o vaxt ərzində sahibkar və mülkiyyətçi heç bir iş görə bilmir. Hakimlər formal yox, həqiqi ədalət mühakiməsi həyata keçirməlidir.

Hakimlərə tövsiyə olunmalıdır ki, uğursuz və perspektivi olmayan işlər üzrə diqqətli olsunlar, əsassız həbs qərarı verməsinlər.

Uğurlu məhkəmə islahatlarına Sinqapuru misal göstərmək olar. Belə ki, Sinqapurda məhkəmələrin köklü islahatları nəticəsində yüksək inkişaf oldu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə