“Şəhidlərimiz xalqımızın hansı potensiala sahib olduğunu üzə çıxardı“
“Əziz şəhid anaları və yaxınları hər birinizi bu tədbirdə gördüyümə görə təşəkkür edirəm. Fəlsəfə və Sosiologiya İnunstutunun 44 günlük müharibədən sonra şəhid ailələri, qazilər ilə keçirdiyi görüşlərin sayı daha da artıb”. SİA xəbər verir ki, bu sözləri şəhid Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım” gedib qayıtmayanlara, yarımçıq qalanlara adlı filmin təqdimatında çıxışı zamanı YAP Fəlsəfə və Sosiologiya İnstitununun sədri Sənan Həsənov bildirib.
O bunları deyib: "Vətən müharibəmizin nəticələrindən biri odur ki, şəhidlərimiz xalqımızın hansı potensiala sahib olduğunu üzə çıxardı. Vahid, milli özünüdərkin formalaşmasında şəhidlərimizin böyük rolu var. Təbii ki, o şəhidləri böyüdən ana-ataların da bu yoldakı haqqı danılmazdır.
Biz Xavər xanım ilə Şəhidlər Xiyabanında tanış olduq. O andan etibarən əməkdaşlarımızla birgə Xavər xanımın həmin ankı vəziyyətini unuda bilmirik. O səhnə bizə bir daha xatırlatdı ki, biz qələbəmizi şəhidlərə və onları böyüdüb, boya-başa çatdıran analarımıza borcluyuq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB