Bu gün xalq artisti Fikrət Verdiyev ilə vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, tarzənin ailə üzvləri iştirak edib.
Fikrət Verdiyev 2 sentyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhər 1 nömrəli Musiqi Məktəbinin tar sinfinə daxil olmuşdur. 1962-ci ildə həmin məktəbi bitirərək Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olmuşdur.
1977-ci ildə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə bu ansambla “Dövlət mahnı və rəqs ansamblı” statusu verilmiş və Fikrət Verdiyev bu kollektivə bədii rəhbər təyin olunmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində “Neftçi” Mahnı və Rəqs Ansamblını yaratmış və rəhbərlik etmişdir.
Fikrət Verdiyev yeganə tarzəndir ki, yaradıcılıq fəaliyyəti dövründə 2 böyük kollektiv yaratmış, 3 kollektivə rəhbərlik etmişdir.
1987-ci ildə Fikrət Verdiyev Azərbaycan SSR-i “Əməkdar artist”i fəxri adına, 2014-cü ildə isə Azərbaycan Respublikası “Xalq artisti” fəxri adına layiq görülmüşdür.
10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB