"Şuşa yaxınlığında Laçın-Xankəndiyə gedən yolun üzərində azərbaycanlıların etiraz aksiyası 11-ci gündür ki, fasiləsiz davam edir. Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər. Onlar aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların keçidinə şərait yarada biləcəklərini bildirirlər. Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər. Etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər. SİA-ya da burada olan aksiya iştirakçılarının fikrlərini yerindəcə öyrənməyə çalışıb".
Aksiya iştirakçısı Radin Cavadov: "Mən də bir ictimai fəal kimi Eco-terrorun qarşısının alınması üçün bir vətəndaş kimi öz borcumu yerinə yetirməyə çalışıram. Artıq on, on bir gündür ki, biz burdayıq və əlimizdən gələni edəcəyik. Buradan bildirmək istəyirəm ki, Azərbaycan xalqı mərd, qorxmaz xalqdır. Bu çıxışımla demək istəyirəm ki, BMT-nin 30 ilə edə bilmədiyi bir şeyi xalqımız və dövlətimiz və Azərbaycan əsgəri 44 günə həll elədi. Mən də buradakı duruşumla Azərbaycan xalqının düşmənə qarşı necə məğrur dayana bildiyini göstərməyə çalışıram".
Aksiya iştirakçısı Yeganə Abbasova: "Mən də buradakı aksiya iştirakçıları kimi buraya könüllü qatılmışam. Çox sevinirəm ki, bu aksiyada iştirak edirəm. Hər kəsi, bütün Azərbaycan xalqını bu aksiyaya qoşulmağa səsləyirəm. Niyə biz burdayıq? Milli sərvətlərimizi qorumaq üçün burdayıq və əlimizdən gəldiyi qədər də burada olacıq. Məndə bu milli sərvətlərimizin qorunması üçün, tələblərimizin sona qədər yerinə yetirilməsinə qədər aksiyamızı davam etdirməyə hazıram. Baxmayaraq ki, soyuqdur, şaxtadır lakin biz hər şeyə dözməyə hazırıq. Düşünürəm ki, bütün Azərbaycan xalqıda bir-birimizə həmrəy olaraq, sülhü qoruyaraq, sevgimizlə, dəstəyimizlə bu aksiyada sona qədər bu aksiyada iştirak edəcəyik. Gördüyünüz kimi də ki, bizim silahımız burada bizim musiqimiz, mədəniyyətimizi nümayiş etdirməyimiz, sülhümüzü qoruyub saxlamaqımız bizim ən böyük silahımızdır. Yəni sevgimizlə bir-birimizə dəstəy olaraq bu aksiyada iştirak etməyimiz bizim ən böyük silahımızdır. Yəni bütün dünyaya biz sülhü aşılayırıq ki, baxın Azərbaycan xalqı bir-birini dəstəkləyərək həmrəy olurlar".
Aksiya iştirakçısı Atəş Hüseynov: "Bu aksiyalardan da məlum olduğu kimi, dünyayada bildiririk ki, biz daima bir yerdəyik. Bu Eco-terrorizmə də son qoyulmayana kimidə biz millət olaraq xalq olaraq daima bu aksiyalarımız davam edəcək. Ümid edirəm ki, bu keçirdiyimiz haqlı aksiyamızın sonu ədalətli şəkildə sona çatacaq".
Aksiya iştirakçısı Tərlan Hidayətzadə: " Bura mənim Qarabağa ilk addımlarımdı. İlk gəlişimdi. İnsan həqiqətəndə bura gələndə çox böyük qürur hissi keçirdir. Məndə bir gənc olaraq bu aksiyada iştirak edirəm və haqlı mübarizəmizdə sona qədər iştirak edirəm. Rusiya sülhməramlılarının elədiyi haqsızlığa qarşı mübarizəmizdə biz əlimizdən gələni edəcəyik".
Aksiya iştirakçısı Ceyhun Manafov: "Mən bakı şəhərindən gəlmişəm və bu aksiyada iştirak edirəm. ümumi olaraq belə bir fikr deyə bilərəm ki, bu aksiya ilə bağlı burada toplanan insanlar haqlı bir mübarizə aparırlar. Bizim burada hamımız həmrəylik göstəririk, fikrlərimiz həmrəydi. Dövlətimizdə bizə çox böyük dəstək verir və bizə hər zaman həmrəyliyin göstərir. Bizim bura toplaşmağımızın əsas səbəbi ondan ibarətdir ki, bunun bir sonu olmalıdır, Eco-terrorizmə son qoyulmalıdır".
Aksiya İştirakçısı Leyla Fətəliyeva: "Biz Azərbaycan xalqı olaraq hər zaman öz milli sərvətlərimizi qorumuşuq, qoruyuruq və bundan sonra da qoruyacayıq. Həm həmrəyik, birik, birliyik, bunuda sonuna qədər davam etdirəcəyik. Aksiyamız sonuna qədər davam edəcək və mən ümid edirəm ki, buradan biz ədalətli qərarla qalib olaraq buradan ayrılacayıq".
Aksiya iştirakçısı Ümid Orucov: "Biz artıq aksiya başlayan gündən etibarən burdayıq. Demək olar ki, ilk üç gün ərzində biz burda olduq və gənclər növbəli şəkildə bir-birlərini əvəzləyirdilər və daha sonra digər şəxslər Bakıya qayıtdı və digər iştirakçılar buraya gəldilər. Hətta onuda deyə bilərəm ki, bizə çoxlu sayda regionlarda yaşayan vətəndaşlarımızda əlaqə saxlayaraq gəlmək istədiklərini bildirdilər. Burada atmosfer çox yüksək səviyyədədir. Pozitivik və dinc aksiyamız davam edir. Düşünürəm ki, əslində hələ də bizə bəlli olunmayan məsələlər var. Bu sülhməramlıların məramıdır və digər prosseslərdir. İnşallah yaxın günlərdə və yaxud da yaxın saatlarda bu prosseslər öz həllini tapacaq və buradakı hər kəsin məqsədi dinc aksiya edib ekoloji terrora son qoymaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB