"Uğurlarımızla 2023-ə" Milli Mükafatının təqdimat mərasimi olub - FOTOLAR

"Uğurlarımızla 2023-ə" Milli Mükafatının təqdimat mərasimi olub - FOTOLAR

19 Dekabr tarixində Bakı Gənclər Mərkəzinin, "A Media Group”un, Abşeron Gənclərin İnkişafı İB-nin, E MEDİA Group"un dəstəyi ilə Bakı Gənclər Mərkəzində layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün Əzizovanın olduğu "Uğurlarımızla 2023-ə" Milli Mükafatının təqdimat mərasimi və "Qış Möcüzələri" adlı sərgi baş tutub. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova çıxışında öncə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib. O, iştirakçıların hər birinə 2023-cü ildə uğurlar arzulayıb. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə fəxri qonaq olaraq millət vəkili Vüqar İsgəndərov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Xalq rəssamı, professor Arif Hüseynov, əməkdar artist Elza Seyidcahan, Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov, Respublika və Beynəlxalq müsabiqələr laureatı kaman ifaçısı Şəhriyar Musayev iştirak ediblər.

Millət vəkili Vüqar İsgəndərov,
Xalq rəssamı, professor Arif Hüseynov çıxışlarında illərdir Elnurə və Aygün bacılarının layihə rəhbəri və təşkilatçısı olduqları bütün sərgi və tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda və Azərbaycançılıq ideologiyası əsasında yetişməsində böyük rol oynadığını bildiriblər.

150 müxtəlif yaş qruplarından olan rəssamların əsərləri "Qış Möcüzələri" adlı sərgidə nümayiş olunub. Tədbirdə iştirak edən bütün rəssamlar, media nümayəndələr, musiqiçilər diplom və mükafatlarla təltif olunublar. Tədbir Əməkdar artist Elza Seyidcahan, skripka ifaçısı Səlim Abbasov, Respublika və Beynəlxalq müsabiqələr laureatı kaman ifaçısı Şəhriyar Musayevin bir-birindən gözəl musiqiləri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə