İsrail Təhlükəsizlik Akademiyasının nümayəndəsi Səs Media Qrupun qonağı olub - FOTOLAR

İsrail Təhlükəsizlik Akademiyasının nümayəndəsi Səs Media Qrupun qonağı olub - FOTOLAR

Bu gün Səs Media Qrupun redaksiyasında İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin direktoru Mirsamir Məmmədovla SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev və icraçı direktor Vəli Vəliyev arasında görüş təşkil edilib. SİA xəbər verir ki, görüşdə iki qurum arasında mövcud əlaqələr və perspektivlər müzakirə olunub.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Akademiyası NATO və BMT-nin səlahiyyətli xidmət təminatçısıdır və buna görə də, Avropa Birliyi və dünya ictimaiyyəti tərəfindən tanınan diplom, sertifikat və Europass vermək üçün akkreditə olunur. Akademiya Yaxın Şərqdə, İsraildə yerləşən xüsusi təhlükəsizlik, hərbi müdafiə, mühafizə, beynəlxalq terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizəyə dair xüsusi peşələr üzrə və xüsusən hərbi təyinatlı xüsusi operativ taktiki təlim-tədris mərkəzidir. Bu Akademiya çətinliyindən asılı olmayaraq geniş spektrli xüsusi taktiki təlimlərin həyata keçirilməsində ixstisaslaşan təhsil qurumudur.

Bundan əlavə, Bolqarıstan və Polşadakı filiallar Avropa qitəsində yerləşən müştərilərə xidmət göstərir. Qurum həm dövlət sifarişləri ilə (bu, ilk növbədə, xüsusi təyinatlı hərbi qulluqçuların hazırlanmasına aiddir), həm də fərdi şəxslərlə əməkdaşlıq edir.

ISA əməkdaşları tapşırıqların yerinə yetirilməsinin zəruri olduğu regionun qanunlarını nəzərə alaraq beynəlxalq hüquq sahəsində çalışırlar.

Qurumun əsas xüsusiyyəti peşəkarlardan ibarət sıx bağlı komandadır. İşçilər dünyanın aparıcı xüsusi təyinatlılarının (İsrail Müdafiə Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri, İsrail Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri, İsrail Polisinin Xüsusi Təyinatlı Qüvvələri) veteranlarıdır. İSA əməkdaşlarının hər biri həm qrup şəklində inamla işləyir, həm də kritik vəziyyətdə təşəbbüsü ələ almağı, düzgün taktiki qərar qəbul etməyi və tapşırığı müstəqil şəkildə yerinə yetirməyi bacarır.

İsrail Təhlükəsizlik Akademiyasının fəaliyyətlərinə polis zabitləri və əməkdaşlarına, hərbçilərə, mühafizə əməkdaşlarına, təhlükəsizlik əməkdaşlarına və həmçinin həbsxana işçilərinə Cinayətkarlardan qorunma, cinayətkarın zərərsizləşdirilməsi, anti-terror, hərbi və mülki müdafiə taktiki təlimlərinin öyrədilməsi daxildir. İsrail Təhlükəsizlik Akademiyasında peşəkar təhlükəsizlik və anti-terror mütəxəssisləri beynəlxalq cinayətkarlığa və beynəlxalq terrorizmə qarşı təhlükəsizlik, müdafiə və qorunma sahələrini əhatə edən bilik və bacarıqları və həmçinin xüsusən terrorla mübarizə təlimlərini öyrədir. Azərvaycan Respublikasındakı Nümayəndəliyin və Nümayəndəliyin rəsmi şöbələrinin fəaliyyətləri məhz bundan ibarətdir.

İsrail Təhlükəsizlik Akademiyası tərəfindən Azərbaycan Respublikasındakı fəaliyyətlərində göstərdiyi səmimi informasiya dəstəyinə, tolerantlığın təbliğinə, Azərbaycan və İsrail əlaqələrinin inkişafına verdiyi dəstəklərə görə Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev və qurumun icraçı direktoru Vəli Vəliyev “İsrail Təhlükəsizlik Akademiyasının Fəxri Dostu və Peşəkar Mətbuatçı” ali fəxri adına layiq görülərək təltif ediliblər.

Sonda görüş iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə