Aksiyada olan müxbirlərimizin fikrləri -SORĞU

Aksiyada olan müxbirlərimizin fikrləri -SORĞU

"Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. SİA xəbər verir ki, artıq 10-cu gündür aksiya davam etdirilir. Hər kəsin bildiyi kimi orada olan televiziyalarımız və media orqanları orada olanları fasiləsiz yayımlayırlar. Bu yaxınlarda Azərbaycan Dövlət Televiziyası (AzTv) və İctimai Televiziya oradan birgə canlı yayım edirdilər. Daha sonra digər kanallarda onlara qoşularaq canlı yayım davam etdi. SİA-ya da həmin canlı yayımı edən müxbirlərin orada olan vəziyyətlə bağlı, həm də birgə canlı yayımın keçirilməsindən sonrakı təəssüratlarını öyrənib.

İctimai Tv-nin Qarabağ bölgəsinin müxbiri Şöhrət Eyvazov: "Biz aksiyanın ilk günündən burdayıq və ilk gündən burada baş verənləri sosial şəbəkədəki İctimai Tv-nın səhifələrindən və xəbərlər proqramı vasitəsi ilə yerli və xarici ictimaiyyətə çatdırmağa çalışırıq. Doğurdan da aksiya möhtəşəm şəkildə keçirilir. İlk gün bir qrup təxmini 30-40 nəfər fəaliyyət göstərən qeyri-hökümət təşkilatının təmsilçiləri başladdı bu aksiyanı. Daha sonra isə müxtəlif qeyri-hökümət təşkilatları və o cümlədən vətəndaş cəmiyyətinin müxtəlif təbəqəsindən olan insanlar bu aksiyaya qoşuldular. Tezliklə bu aksiya milli hərəkata çevrildi. Xüsusi ilə təxminən 4 gün bundan əvvəl Rusiya sülhməramlılarının qərargahında monitorinq qrupunun görüşündə heç bir nəticə çıxmadıqda aksiya yenidən bu izdiham daha da artdı. gün ərzində müxtəlif satlarda 300-400 nəfərə qədər insanlar burada olur. AzTv ilədə keçirdiyimiz birgə canlı yayımla bağlı deyə bilərəm ki, bir anda oldu və spontan bir hadisə baş verdi. Biz AzTv -ilə bunu başladdıq daha sonra isə Xəzər Tv və Baku Tv-də bizə qoşuldu və gözəl bir canlı yayım alındı. Bizim bu canlı yayımı mən belə qiymətləndirə bilərəm ki, qarşıdan Dünya Azərbaycanlılarınınm Həmrəyliyi günündə bizdə televiziyalar olaraq həmrəylik göstərdik və dünya ictimaiyyətinə səsimizi çatdırmağa başladıq. Və onuda göstərdik ki, mövzu vətəndirsə burada heç bir rəqabətdən söz belə gedə bilməz. Hər birimiz yalnız və yalnız burada olan xəbərləri operativ və doğru şəkildə yerli və xarici ictimaiyyətə çatdırmaqa çalışırıq. Bunun məsuliyyətini çox gözəl anlayırıq və sevinirik ki bu gözəl tarixi bir hadisənində iştirakçısıyıq".

AzTv-nin müxbiri Ruslan Həsənov: "Bir jurnalist olaraq biz artıq 9-10 gündür ki, burdayıq. Gecə-gündüz demədən iştirkaçılarla bir arada dəstəyimizi nümayiş etdiririk. Təbii ki, vəzifəmiz ondan ibarətdir ki, burada baş verənləri olduğu kimi bütün dünyaya və insanların diqqətinə çatdırmaqdır. Mən günlərdir insanları müşahidə edərkən görürəm ki, bir birliyin, bir sülhə çağrışın, həmrəyliyin şahidi olduq. Bu şüarlardan belə bir nəticə çıxartdım ki, bu iştirakçılar bütün dünyanı həmrəyliyə və sülhə səsləyirlər. Və bu mediada niyə olmasın deyə belə deyək İctimai Tv-də həmin vaxtı yayıma hazırlaşırdı və mən xahiş etdim ki, gəlin birgə yayım edək. Və sağ olsunlar ki, həmkarlarım razılaşdılar və çox belə deyək uğurlu bir söhbət, bir atmosfer yarandı. Və sonra digər həmkarlarımızda bizə qoşuldu və mən istəyərdim ki, sizdə bizə qoşularsınız amma nə etmək olar inşallah gələn səfər birlikdə qoşularıq".

Baku Tv-nin hərbi müxbiri Fərdin İsazadə: "İlk gündən bu aksiyalar başlayan gündən bizim kanallar dayanmadan 24 saat canlı yayımda olub. İndi də həmin canlı yayımlar davam edir. Düzdür ayrı-ayrılıqda aksiya iştirakçılarından müsahibələr götürürdük. Amma bu gün belə alındı ki, elə bir yerdə dayanmışdıq və başladıq aksiya iştirakçılarını birlikdə danışdırmağa. Və arada aksiya iştirakçıları fikrlər səsləndirdikdən sonra bizlərdə öz fikrlərimizlə tarixi məqamlara toxuna-toxuna maraqlı bir diskusiya yarandı. O ki, qaldı aksiyanın keçirilməsinə. Artıq neçə gündür ki, insanlarımızda burada olan iştirakçılarda çox böyük ruh yüksəkliyi görürəm. Ümid edirəm ki, aksiya bizim qələbəmizlə sona çatar və bizim nazirliyimizin monitorinq qrupu orada işlərini görə bilərlər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə