"Onlar erməniməramlılıq missiyası həyata keçirirlər" - QHT RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ
"Biz bir qrup QHT və Vətəndaş cəmiyyəti institutu nümayəndələri olaraq ilk gündən aksiyada iştirak etdik. Sülhməramlı kontingent Xankəndi-Laçın yolunda keşik çəkirlər. Onlar guya sülhməramlı missiya həyata keçirirlər. Lakin təəssüflər olsun ki, onlar bu prosesdə sülhməramlılıq missiyasından daha çox erməni məramlılıq missiyası həyata keçirirlər". Bu sözləri SİA-ya açıqlamasında "Kamillik Vətəndasların Hüquqi Maarifləndirməsi" İctimai Birliyinin sədri, jurnalist Niyaz Niftiyev deyib.
Onun sözlərinə görə, aksiya iştirakçıları çox fəal idi: "Bizim tələbimiz ilk gündən ekoloji terrora son qoyulması ilə bağlı idi. Azərbaycanın üç qızıl yatağında erməni tərəfinin sifarişi ilə xarici şirkətlərin biri oranı istismar edir və oradan əldə olunan gəlirdən Ermənistan hakimiyyəti, qondarma rejim qidalanır. Bizim də məqsədimiz bu talançılığa son qoyulmasıdır. İstəyirik ki, Azərbaycan monitorinq qrupu əraziyə daxil olsun".
Niyaz Niftiyev sözlərinə belə davam edib: "Təəssüf ki, dekabrın ilk günlərindən başlayaraq monitorinq qrupu üç dəfə cəhd etsə də, əraziyə daxil ola bilməyib. Bu barədə KİV-də də kifayət qədər məlumat gedir. Sülhməramlılar söz vermişdilər ki, dekabrın 10-dan sonra bu məsələyə yenidən qayıdacaqlar. Amma deyilən tarixdən sonra da yenə də icazə vermədilər. Biz yox, yolu sülhməramlılar özləri bağlayıb, foto və videolardan da göründüyü kimi maşınları düzüb bağlayıblar. Biz hətta aksiyanın ilk günündə elan etdik ki, hərbi təyinatlı təcili tibbi yardımlara biz icazə verəcəyik ki, keçib gəlib getsinlər. Yəni, bununla bağlı heç bir problem yoxdur. Təəssüf ki erməni cəmiyyəti, erməni mediası, erməni siyasətçiləri həm daxili auditoriyaya, həm beynəlxalq təşkilatlara məsələni tamam başqa cür təqdim etməyə başlayıblar ki, guya biz yolu bağlamışıq. Biz təxminən iki gün orada aksiyada iştirak etdik və bizi digər vətəndaş cəmiyyəti institutlarının aktivistləri əvəz etdilər və hazırda da bildiyiniz kimi biz də izləyirik. Aksiya davam edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB