Uşaq evlərindən çıxmış gənclərin sonrakı taleyi necə olur? - ARAŞDIRMA

Valideynləri tərəfindən atılan uşaqlar cəmiyyətin hər zaman qanayan yarası olub. Küçəyə atılan, doğulandan sonra başqa ailələrə verilən, uşaq evinə qoyulan körpələr... Bu, bütün dünyada da, Azərbaycanda da çox aktual müzakirə olunan mövzulardır.

Dünyada atılmış uşaqların ailə tərbiyəsi formalarının inkişafının təsvirini təqdim edərək ondan başlamaq lazımdır.

Keçmiş dövrlərdən Xristian Avropasında monastırlar yoxsullara və evsizlərə qayğı göstərirdilər və demək olar ki, hər bir monastır ordeninin tərk edilmiş və kimsəsiz uşaqlar üçün sığınacaqları var idi. Müasir dövrdə də yetimlər üçün uşaq evləri sistemi formalaşıb. Bir sıra ölkələrdə kilsə icmaları hələ də uşaq evləri saxlamağa davam edir, burada uşaqlar qayğı və dini təhsil alırlar. 18-ci əsrdə əksər Avropa ölkələrində yoxsul insanların ehtiyacları və əzabları barədə artan məlumatlılıq, yetimlərə yardım etmək üçün onları uşaq evlərinə yerləşdirməkdən daha humanist yollar tapmaq istəyi var idi. 19-cu əsrin əvvəllərində uşaq evlərindəki uşaqların taleyindən narahat olan və onları islah etməyə və daha humanist mühit yaratmağa çalışan kifayət qədər yeni xeyriyyə təşkilatları yarandı. Müasir himayədarlıq sisteminin kökləri bu hərəkatda yatır. Lakin o günlərdə bütün səylər uşaqların həyatını xilas etməyə yönəlmişdi, heç kim onların valideynlərini də xilas etməyə çalışmırdı. Belə baxışlar, demək olar ki, 20-ci əsrin ortalarına qədər mövcud olmuşdur. İngiltərədə "uşaqların həyatını xilas etmək" ideyası rəsmi himayədarlıq sisteminin əsasını təşkil edirdi. Bütün ölkələrdə olmasa da, bir çox ölkələrdə atılmış uşaqların qayğısına qalmaq ilk növbədə onların qohumlarının üzərinə düşürdü. 20-ci əsrdə Avropa və Amerikada uşaqların ailəyə verilməsi sistemi öz inkişafında bir sıra mərhələlərdən keçmişdir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun verdiyi məlumata görə, dünyada 2,7 milyondan çox uşaq uşaq evləri, internat məktəbləri və oxşar müəssisələrdə yaşayır.

Bəs ölkəmiz atılmış uşaqlara necə qayğı göstərir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Uşaq evindən çıxmış gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük "şillə"ni küçələrdə dadırlar. Elə bir problemlə üzləşirlər ki, ya kirayədə qalırlar, ya da qohumu varsa, qohum yanına gedirlər. Həmin yerlərdə ev sahibləri, qohumların onların başına açdığı oyunları isə hər zaman uşaq evinin "məzunları"nın həyat hekayələrindən bilirik. Təəssüf ki, uşaq evindən "məzun" olan qızlar daha şanssız olur. Onlar harada yaşayır, necə həyat tərzi sürür?

Sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradılırdı. Amma indi bu problemi həll edilən yeniyetmələrin sayı çox aşağı səviyyədədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur. Cəmiyyətdə onlar üçün lazımi şərait yaradılmadığına görə internatların rəhbərləri 18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar uşaqların sonrakı taleyinə cavabdeh deyillər. Bütün bunlarla yanaşı, sözügedən problemin aradan qaldırılması üçün əvvəlki illərə nisbətdə tədricən işlər görülür. İnternat evini tərk etmiş qızların mənzil problemini qismən həll etmək üçün Heydər Əliyev Fondu tərəfindən paytaxtda beşmərtəbəli daş bina inşa edilib. Bundan başqa, uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı çərçivəsində də müəyyən işlər həyata keçirilir.

"Ümüd yeri" uşaq sığınacağın rəhbəri Nigar Mənsimova: "Ümüd yeri" sığınacaq evi Azərbaycanda yaradılmış ilk sığınacaq yeridir. Burada küçə həyatına məruz qalan, çarəsiz vəziyyətə düşən atılan, işgəncələrə məruz qalan və s. uşaqlar üçün isti bir yuvadır. Bu ev 1997-ci ildən fəaliyyət göstərir. Artıq 5 ildir gecə-gündüz qapılarımız möhtac uşaqların üzünə açıqdır. Qeyri-hökümət təşkilatı fraqmatında fəaliyyət göstəririk. Dövlətimizin bütün qanunlarından olduqca razıyam. Çox gözəl qanunlarımız var ki, iş görmək istəyən insanları dəstəkləyir və onlara hüquqi ixtiyarları verir. Sığınacaqda qalan uşaqların hərəsi bir səbəbdən burdadır, təbii ki əksəriyyəti hüquqları pozulmuş uşaqlardır. Burada qaldıqları müddətcə onlara sosial, psixoloji və hüquqi yardımlar olunur.

Bizim uşaq evindən çıxan gənclərlə bağlı bu il çox sevindirici xəbərlərimiz oldu. Məsələn məzun olan 8 gənc Sumqayıt şəhərində təzə tikilən binalarda bir otaqlı mənzillə təmin olundu. Bu bizim dövlətimizin məhs valideyn himayəsindən məhrum olmuş uşaqlara verdiyi ən böyük və ən gözəl dəyərdir. Buna görə dərin təşəkkürümüzü bildiriririk".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə