SİA-nın əldə etdiyi məlumata görə, “Universal” xəbər verir ki, Meksikanın Takambaro şəhərinin meri Salvador Bastida Qarsia mühafizəçisi ilə birlikdə avtomobildə güllələnib.
...Hadisə məmur evinə yaxınlaşarkən baş verib. Bir neçə silahlı şəxs yolsuzluq avtomobilinə atəş açıb.
Yaralı mer xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Keçən il dekabrın sonlarında Meksika federal prokurorları Bastida Qarsiya və onun administrasiyasının bəzi üzvlərinə qarşı mütəşəkkil cinayət qrupları, o cümlədən "Yeni Nəsil Xalisko" narkotik karteli ilə əlaqədə şübhəli bilinərək istintaqa başlayıblar.
Bu qrup Meksikada ən nüfuzlu qruplardan biridir. O, narkotik, insan alveri və kibercinayətkarlıqla məşğuldur.
Bu yaxınlarda Amerika hökuməti "Yeni Nəsil Xalisko"nu beynəlxalq terror təşkilatı hesab edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə