"Qaruspex” zəng işarəsi ilə tanınan Kiyevli tələbə könüllü olaraq Rusiya ordusu sıralarına qoşulub. Özü də, dediyinə görə, Donbassda itkin düşən atasının qisasını almaq üçün...
SİA rus saytlarına istinadən xəbər verir ki, o, “Kiyevə çatacağını” deyir.
2018-ci ildə gəncin atası Donbasa gedərək milis sıralarına qoşulub. Əvvəl ailəsi ilə əlaqə saxlasa da, sonradan yoxa çıxıb.
...Hələ bundan əvvəl atam Ukrayna mediasında çıxış etmişdi - onu anti-Maydan yazılarına görə separatçı adlandırmışdılar. Əgər onun milislərə qoşulduğunu bilsəydilər, anamla mən pis vəziyyətdə olardıq.
Bunu “Qaruspex” deyib.
Ukrayna vətəndaşlığına görə, tələbə əvvəlcə rədd cavabı alsa da, sonradan Rusiya ordusuna daxil ola bilib. O, əvvəlcə “Qurdlar Briqadası”nda xidmət edib, daha sonra dronlarla işləyən bölməyə köçürülüb.
... “Məqsədim Kiyevə çatmaqdır: “Mən doğma torpaqlarımı rusofobiyadan azad etmək və atamın qisasını almaq istəyirəm”.
Rusların yazdığına görə, “Qaruspex” deyib..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə