Barselonadakı fəallar turistlərin fotoşəkillərini ləkələməyə başlayıblar...

...Barselonada anti-overturizm fəalları turistlərin görməli yerlər qarşısında fotoşəkil çəkdirməsinə qəsdən mane olmağa başlayıblar.

SİA-nın məlumatına görə, Barslonaya gələn hər hansı bir turist şəkil çəkdirmək istərkən yerli fəal çərçivəyə girməyə çalışır və bununla da onu korlayır..?

Məşhur səyahət bloggeri Kylie Barselona fəalları üçün turistlərlə həddindən artıq turizmə qarşı mübarizə aparmağın yeni üsulunu açıqlayıb.

Qızın dediyinə görə, turistlər yerli attraksionların şəkillərini çəkərkən onlar xüsusi olaraq kadra girməyə çalışırlar.

Kylie sözlərini təsdiqləmək üçün Arc de Triomphe fonunda çəkilmiş bir video yayımlayıb.

Kadrlarda tağın düz ortasında uzun müddət dayanan bir adam görünür.

...Mən tam əminəm ki, bu adam insanların şəkil çəkdirməsinə mane olmaq üçün qəsdən burada dayanıb.

Bunu bloqqer deyir.

Bu arada fəallar da turistlərlə mübarizədə daha radikal üsullardan istifadə edirlər.

Məsələn, tarixi abidələri antiturizm qraffitiləri ilə rəngləyərək məhv edirlər..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə