“Hər yerdə olduğu kimi bizim ölkəmizdə də gənclərin çətinlikləri var və biz daim bu çətinlikləri araşdırıb, həlli yolunu tapmağa çalışırıq. Biz regionlara səfər edirik və təbii ki, oradakı imkanlar paytaxtdakı kimi deyil”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı Gənclər və İdman naziri Fərid Qayıbov bildirib.
O bunları deyib: "Gənclər evləri vasitəsilə biz gənclərin bir sıra peşə və ixtisaslara yiyələnməsini təmin etməyə çalışırıq. Bununla bağlı bizim davam etdirilən layihəmiz də var. Bu layihənin nəticəsi olaraq isə gənclərimizlə görüşdük və onların bəzilərinin artıq iş tapdıqlarını belə öyrəndik. Düşünürəm ki, bu layihə öz nəticələrini yenə də daha geniş şəkildə göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB