“4 il ərzində əmək müqavilələrinin sayı 33 faiz artıb“ - NAZİR DANIŞDI
“Bu gün Azərbaycan çoxşaxəli məşğulluq siyasəti həyata keçirir. Əmək münasibətlərinin leqallaşdırılması əsas məsələlərdəndir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, 4 il ərzində əmək müqavilələrinin sayı 33 faiz artıb: “İstənilən dövlətdə rifahın təminatında məşğulluğun yaxşılaşdırılması ilə bağlıdır. Cənab Prezidentin təsDiq etdiyi 2022-2026-cı illəri əhatə edən strateji sənəddə işçi qüvvəsinin artırılması Azərbaycanda məşğulluğun daha geniş sektorda inkişafına yönəlib. Forum da bu istiqamətdə iştirakçılara öz töhfəsini verəcək. Hər il 100 milyondan artıq gənc əmək bazarına atılır. Onların əmək bazarına uyğun olaraq inzibati təcrübələrini də inkişaf etdirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB