Dörd qazimiz Türkiyədə müalicə olunaraq Vətənə qayıdıb

Dörd qazimiz Türkiyədə müalicə olunaraq Vətənə qayıdıb

Ağır yaralanan dörd qazimiz – Vadim Fikrətoviç Musayev, Ceyhun Eldar oğlu Səmədov, Ram Rəhman oğlu İsmayılov və Nicat İlqar oğlu Abdurrahmanov Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ağır yaralılardan olan Saməddin Həmid oğlu Əhmədovun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə