Bildiyimiz kimi, Türkiyə, Fransa, ABŞ, Rusiya kimi ölkələrdən sifariş edərək bir çox məhsulları əldə etmək mümkündür. Lakin heç də hər zaman proseslər planlaşdırdığı kimi həyata keçirilmir. Bir çox alıcı onlayn sifariş prosesindən məlumatlı olsa da, bəzi məqamlardan xəbərsiz qalır.

Onlayn alış-veriş zamanı alıcı sifariş etdiyi malın hansı ölkədən gəlməsi ilə bağlı məlumatı dəqiqləşdirməlidir. Eyni zamanda, gömrükdə problemlə qarşılaşmamaq üçün satıcıdan hesab fakturası tələb olunmalıdır. Əgər son tarixlər bitmək üzrədirsə və ya obyekt tez xarab olan məhsuldursa, malların çatdırılmasının ən yaxşı yolu avtomobil və ya dəniz xidməti yox, hava nəqliyyatı olmalıdır. Eyni zamanda etibarlı şirkətlər sığorta, gömrük rəsmiləşdirilməsi, çarter nizamnaməsi, yüklərin boşaldılması, yüklənməsinin təşkili və s öz öhdəliklərinə götürülməlidir.

Geniş çeşidli gəmilər, sürətli marşrutlar və olduqca müasir anbarlar müştərilərin müxtəlif istəklərini təmin etməyə imkan verir. Məhsulların daşınmasında soyuduculara və ya böyük qablaşdırmalara ehtiyac olacaqsa əlavə xərclər tələb olunur.
Malların baha qiymətə başa gəlməməsi üçün çatdırılma üsulunu necə seçmək olar?
SİA mövzu ilə bağlı araşdırma aparıb.

Quru nəqliyyatının əsas üstünlüyü təhlükəli yüklərin daşınmasıdır. Bunun üçün müşayiətedici və icazə sənədləri hazırlanır, hərəkət marşrutu nəzarət orqanları ilə razılaşdırılır, multimodal marşrut sxemi hazırlanır.
Kargo şirkətləri bütün Azərbaycan əhalisinin Türkiyədən onlayn alış-veriş etməsini və sifarişlərini sürətli şəkildə əldə etməsini təmin etmək üçün bağlamaları bütün rayonlara poçt vasitəsilə çatdırır.
Lakin bölgələrdə filialları açan kargo şirkətlər də az deyil.

Rəqəmsal Marketinq Meneceri Xədicə Həmidi :" Vətəndaşların kargo şirkətlər vasitəsilə məhsul sifariş vermənin bir çox üstünlüklərdən bəhs etmək olar. Bunlara aşağı qiymət, seçim çeşidliliyi, ölkə daxilində mövcud olmayan və zəruri malların sifarişlə çatdırılması, o cümlədən, əlçatanlıq və s aiddir.
Bəzi məhsullar ölkə sərhədindən keçirilərkən müəyyən problemlər yaşana bilər. Bəzilərini isə qonşu dövlətlərin gömrük qaydalarına əsasən sifarişlə gətirmək olmur.
•Ən çox sifariş edilən, lakin daşınmasında problem yaşanan məhsullar aşağıdakılardır:
•Dəmir qablaşdırmalı spreylər (Türkiyə gömrüyündə çətinlik yaşana bilər)
•Yanğınsöndürmə balonları (Türkiyə gömrüyündən keçidinə qadağa qoyulub)
•Poverbank (Türkiyə gömrüyündən keçidinə qadağa qoyulub)
•Batareya və batareyalı məhsullar(Türkiyə gömrüyündən keçidinə qadağa qoyulub)
•Gözyaşardıcı qazlar (Türkiyə gömrüyündən keçidinə qadağa qoyulub)
•Kommersiya məqsədilə sifariş edilən bütün məhsullar((Yerli gömrükdə çətinlik yaşana bilər)
•Dərmanlar (Həm yerli, həm də Türkiyə gömrüyündə problem yaşanır)
•Saxta pul və sənədlər, həmçinin qızıl məhsulları(Yerli gömrükdə çətinlik yaşana bilər)
Şəxsi təcrübəmə əsasən, son bir ildə vətəndaşlarımız Türkiyədən ən çox məşhur paltar brendlərinin məhsullarını, kosmetik vasitələr,geyim aksessuarları və bijuteriya, bir də vitaminləri sifariş ediblər. Amerikadan isə luks kateqoriyasından olan paltar və geyim aksessuarları, kosmetika və bütün bunlardan çox isə elektronika malları daşınır.
Niyə daha çox bu məhsulların xaricdən alındığını soruşsanız çünki bütün problemlərə rəğmən sərfəli olan həmişə daha cəlbedici olur".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB