Küləkli hava şəraiti neçə gün davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

Küləkli hava şəraiti neçə gün davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

“Bu gün – dekabrın 20-də ölkə ərazisində qeyri-sabit, soyuq küləkli hava şəraitinin davam edəcəyi gözlənilir”. Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroliji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir: “Ayrı-ayrı bölgələrdə isə yağıntıların intensiv olacağı ehtimal olunur.

Sabah, yəni dekabrın 21-də isə gün ərzində paytaxtda yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub küləyi əsəcək, havanın temperaturu 6-8 dərəcəyədək isti olacaq. Bölgələrdə də 21-i səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, 21-i gündüz və 22-də əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi əsəcək, havanın maksimal temperaturu aran rayonlarında 6-8 dərəcəyə qədər isti, dağlarda isə 0-4 dərəcə şaxta olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə