"Yol-nəqliyyat hadisələrində ölüm və ya xəsarət halları varsa, burada təqsirkarı və zərər çəkəni ərazi aidiyyatı üzrə prosesual araşdırma ilə müəyyənləşdirirlər. Yəni, ibtidai istintaq araşdırması aparılır. Təqsirkar sürücününün əməli yol-nəqliyyat hadisələrində az ağır, ağır və ölüm faktları ilə müəyyən olunubsa bu İnzibati Xətalar Məcəlləsi ilə yox, birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə məsələyə hüquqi qiymət tələb edir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, digər hallarda isə xəsarətin dərəcəsi müəyyən olunmayanda baş vermiş yol-hərəkəti qaydası pozuntusuna hüquqi qiymət verilir: "Əgər, xəsarətin dərəcəsi yüngüldürsə, burada da məhkəmə məsuliyyəti yaranır və yenə də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qiymətləndirilir".
Araz Əsgərli sözlərinə belə davam edib: "Təbii ki, bunların hər biri məhkəmə-tibb ekspertinin verdiyi nəticəyə uyğun olaraq müəyyən edilir.
Təqsirkarı müəyyən etməyə gəldikdə isə yol-nəqliyyat hadisəsi cinayət tərkibli əmələ çevrildikdə buna qiymət vermək ibtidai istintaq araşdırmasının nəticəsinə uyğun olaraq sübutlar qiymətləndirilir və ibtidai istintaq başa çatır. İbtidai istintaq prosesini polis həyata keçirir, polisin istintaq və tədqiqat sturukturu da araşdırma aparır. Prokuror nəzarəti isə iş məhkəməyə təqdim olunana qədər davam edir. Sonda isə hakim təqsirkarın müəyyən olunmasında yekun qərarı qəbul edir.
Hadisələrin ağır fəsadlarla və ya faciələrlə yekunlaşmaması üçün hər bir hərəkət iştirakçısının nəzərdə tutulan yol hərəkəti qaydalarına ciddi məsuliyyət hissi ilə yanaşması olduqca vacibdir. Bir daha hər kəsin qaydalara daim məsuliyyətlə yanaşmağı, həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xahiş edirik!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB