Sosial şəbəkələr bizi hara aparır? - SOSİAL MEDİA MÜTƏXƏSSİSİ İZAH ETDİ
“Sosial şəbəkələr bizi mənfi mənada heç yerə aparmır. Önəmli olan sosial şəbəkələr vasitəsilə bizim özümüzü hara aparmağımızdır. Düşünürəm ki, özümüzə və cəmiyyətə bu sualı verməliyik”. Bu sözləri SİA-ya açıqlamasında sosial media mütəxəssisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr bizə hər cür imkan verir: “Bu, insanın ondan necə istifadə etməsindən asılıdır. Yəni, şəxs “Sosial şəbəkədə vaxtını hansı istiqamətdə keçirir? “Ondan nə əldə edir?” və s. Təbii ki, bu da insanların dünyagörüşü, şəxsi yanaşması və həyat tərzindən asılı olaraq dəyişir”.
Orxan Rzayev sözlərinə belə davam edib: “Ümumilikdə isə sosial şəbəkələr çox faydalıdır. Artıq bu platformalar işləri çox rahatlaşdırıb. Onların hər birinin də öz özəlliyi var. Belə ki, biznes, şəxsi həyat və fərdi inkişaf üçün sosial şəbəkələrdən istifadə edilə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB