Hazırda B-4 stansiyası inşa olunur -QURUM RƏSMİSİ AÇIQLADI

Hazırda B-4 stansiyası inşa olunur -QURUM RƏSMİSİ AÇIQLADI

“Metropolitenin konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə metropoliten 76 stansiya, 120 km-ə yaxın və beş xətdən ibarət olacaq. Yaxın planda olan B-4 stansiyasıdır ki, hazırda inşa olunur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu stansiya Cəlil Məmmədquluzadə küçəsində yerləşir: “Daha dəqiq şəkildə isə Heydər Əliyev adına idman kompleksi ilə 1 saylı Mərkəzi Klinik xəstəxana arasındakı küçədə yerləşir. Hazırda da həmin istiqamətdə inşaat işləri davam edir. Əlavə olaraq da işlərimiz bir çox istiqamətlərdə davam etdirilir. Xocahəsən elektrik deposu, həm də depo ərazisində yerləşəcək yerüstü stansiya istismara hazır vəziyyətə gətirilmək üzrədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə