Təlim avtomobillərinə qoyulan xüsusi qaydalar NƏDİR? - EKSPERT İZAH ETDİ

Təlim avtomobillərinə qoyulan xüsusi qaydalar NƏDİR? - EKSPERT İZAH ETDİ

"Təlim prosesi sürücülük hazırlığının əsas mərhələlərindən biri hesab olunmalıdır. Təəssüflər olsun ki, bu məsələlər həm metodiki, həm də təhlükəsizlik baxımından düzgün təskil olunmayıb". Bu sözləri SİA-ya açıqlamasında dosent, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, təlim prosesinin yerinə yetirildiyi yollar, küçələr və meydanlar müəyyən olunmalı və yol xəritəsi hazırlanmalıdır: "Təlim avtomobillərinə qoyulan xüsusi tələbatlara dəqiq əməl edilməlidir".

Fərhad Eyyubov sözlərinə belə davam edib: "Təlim müəllimləri bu sahədə peşəkar, səbirli və məsuliyyətli olmalıdırlar. Onların peşəkarlıq səviyyəsi və sağlamlıqlarına nəzarət edilməlidir.

Təlim keçənlərə isə müxtəlif formada müraciət etmək olar. Təlimi yerinə yetirən şəxs müxtəlif ünsiyyət formasında müraciət edə bilər.

Son olaraq deyə bilərəm ki, bu sahədə mövcud vəziyyət qənaətbəxş sayıla bilməz. Avtosürücü hazırlayan məktəblərdə nəzəri biliklərin və təlim prosesinin yerinə yetirilməsi mövcud standartlara uyğun olmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə