"Aksiya vasitəsilə xalq olaraq birliyimizi nümayiş etdiririk"

"Aksiya vasitəsilə xalq olaraq birliyimizi nümayiş etdiririk"

Günlərdir ki, burada haqlı tələblərimizi səsləndirir, ölkəmizin mövqeyini ifadə edirik. Eyni zamanda, xalq olaraq birliyimizi nümayiş etdiririk. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu aksiyada iştirak edən hər kəs göstərir ki, mövzu Vətən, torpaq oldusa, heç nəyə baxmayaraq, yumruq kimi birləşirik. Biz bu vəhdəti Vətən müharibəsi dövründə də bütün dünyaya göstərdik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri müsahibəsində Laçın-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı Humay Quliyeva söyləyib.

O qeyb edib ki, aksiya Azərbaycan ərazisindədir və qanun çərçivəsində keçirilir. Bundan əlavə, burada digər ölkələr üçün də örnək davranışlar nümayiş olunur. Belə ki, xalqımız öz humanistliyini burada da göstərir, bir növ təbliğ edir.

"Aksiyada hər kəs həvəslə, öz iradəsi ilə iştirak edir. Ona görə də hər gün aksiyaya qoşulmaq üçün yüzlərlə insan gəlir",- deyə H.Quliyeva vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə