Dağlıq rayonlarda yollar buz bağlayacaq

Dağlıq rayonlarda yollar buz bağlayacaq

Dekabrın 19-da əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə