Laçın-Xankəndi yolunda futbola baxırlar

Laçın-Xankəndi yolunda aksiyaçıların Xorvatiya-Mərakeş matçını izləmələri üçün böyük ekran quraşdırılıb
Laçın-Xankəndi yolunda futbola baxırlar

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qətərdə keçirilən dünya çempionatının Xorvatiya-Mərakeş matçını izləmələri üçün böyük monitor quraşdırılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə üçüncü yer uğrunda görüşü izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları Laçın-Xankəndi yolundadır.

Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polis əməkdaşları təmin edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə