SOS: Bakıda şəhər mədəniyyəti yoxa çıxır!

SOS: Bakıda şəhər mədəniyyəti yoxa çıxır!

“Nəcib Jurnalistlər” İctimai Birliyi şəhər mədəniyyətinin hazırkı durumu ilə bağlı açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov KİV üçün açıqlamasında bildirib ki, son illər Bakıda şəhər mədəniyyətinin cəmiyyətdə zəifləməsi, həttda yoxa çıxması əsl təhlükə siqnalıdır: “Ötən əsrin 60-70-ci illərində Bakıda yaranan şəhər mədəniyyəti doxsanıncı illərdən sonra sürətlə dağılmağa başladı. Baş verən ictimai-siyasi dəyişikliklər və iqtisadi problemlər Bakıya kütləvi axına, şəhər həyatına uyğunlaşmayan kütləvi cəmiyyət formalaşmasına səbəb oldu.

Bu gün ictimai yerlərdə danışıq mədəniyyətindən xəbərsiz olan, yeni tikililərdə məskunlaşan, evinin zibil qalıqlarını müasir liftlərdə “unudan”, həmin liftlərdə məcburi ehtiyaclarını “ödəyən”, ən əsası birgəyaşayış qaydalarına uyğunlaşmayan Bakı sakinləri şəhər mədəniyyəti üçün ən böyük təhdiddir. Cəmiyyət olaraq şəhər mədəniyyətinin yox olmasına imkan verməməliyik. Çünki əks təqdirdə bunun acı nəticələri böyük olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə