Ölkə ərazisində qeydə alınan 48 cinayətin üstü açılıb - DİN

Ölkə ərazisində qeydə alınan 48 cinayətin üstü açılıb - DİN

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarılan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə