"Bugünkü tədbir həmrəyliyin bir nümunəsidir" - DMX-NIN RƏİSİ DANIŞDI
“Bu gün Beynəlxalq Miqrant günü ilə əlaqədar ölkəmizdə miqrasiya proseslərinə həsr olunan tərəfdaşların iştirakı ilə tədbir keçirilir. Tədbirin məqsədi miqrantların təyinat ölkəsinə keçidi zamanı qarşılaşdıqları çətinliklərə diqqəti artırmaq və onların narazılıqlarına səbəb olan problemlərin həllinə kömək etməkdir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, bugünkü tədbir həmrəyliyin bir nümunəsidir: “Bu gün baş tutan tədbirin xüsusi bir mövzusu da var bu əcnəbilərin inteqrasiyası məsələsidir. Hesab edirəm ki, bu onlar üçün çox rahatdır. Çünki Azərbaycanda mövcud tolerantlıq və multikultural dəyərlər, həmçinin bu dəyərlərin təşviqinə yönəlik dövlət siyasəti onların daha asan inteqrasiya etməsinə kömək edir. Əcnəbilərə yönəlik münasibətin digər bir yaxşı nümunəsi də vətəndaş cəmiyyəti üzvlərinin bu prosesdə iştirakıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB