Dekabrın 12 də başlayan Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin və ekoloqların Şuşa -Laçın yolundakı etiraz aksiyası bu gün də davam etməkdədir. Günlərdir davam edən və çox hissəsini gənclər təşkil etdiyi aksiyada etirazçılar rus sülhməramlıarı ilə üzbəüz dayanaraq Azərbaycan Respublikası ərazisində təbii sərvətlərin qeyri-qanuni istismarı, ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinqlərin aparılmasına mane olan qüvvələrə öz etirazlarını bildirirlər.Belə ki, Azərbaycan Respublikası dövlət qurumlarının rus sülhməramlılarının yerləşdiyi ərazilərdə, xüsusilə də Qızılbulaq qızıl yatağı və Dəmirli mis molibden yataqlarına ilkin monitoring aparmaq istəyi nəticəsiz qalıb.
Ermənilərin illərdir davam edən etnik terror siyasəti ilə yanaşı yürütdüyü ekoloji terror da ölkəmizin təbiəti, flora və faunasına, su mənbələrinə, regionun ekosisteminə ciddi zərər vurmuş, Oxçuçay illərdir ki kəskin çirklənməyə məruz qalmışdır.Təəssüf ki bu ekoloji terror bugun də davam etməkdədir.Bizə məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi fəsadlar törətməkdədir.Bu ekofəsadlarla bağlı monitoring aparmaq istəyən ekoloqlar və dövlət qurumları təxribatlarla üzləşib.Qeyri hökümət təşkilatları nümayəndələri və ekoloqların dinc qanunauyğun keçirdiyi bu aksiyada haqlı tələblərlə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırlar.Ermənilərin müharibə cinayətlərinin xususilə ekoloji terrorun dayandırılmasını tələb edirlər.
Erməni mediası guya Azərbaycanlıların Laçın yolunu bağlayaraq humanitar təminat maşınlarının keçməsinə mane olduqları barədə yalanları ilə dünya birliyinin diqqətini yanlış yönəltməkdə davam edirlər.Lakin Azərbaycan rəsmi orqanları bu aksiyalar barədə xarici nümayəndəlikləri məlumatlandırmışlar.Onlara regiondakı reallıqlar təhlükəsizlik, münaqişədən sonrakı vəziyyət, ermənilərin Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsi barədə ətraflı məlumat verilib.Əslində bu aksiya gecikmiş addımdır.İşğaldan azad olunan torpaqlarda olduğu kimi aksiyada da üçrəngli bayrağımız qürurla dalğalandırılır.
Biz də bir vətəndaş olaraq erməni tərəfinin bu ekoloji terrorunun aradan qaldırılmasını, ekoloji vəziyyətin pisləşməsinə və təbii sərvətlərin talan edilməsinə səbəb olan əməllərə son qoyulmasını və beynəlxalq qurumların, təşkilatların bu məsələdə ədalətli mövqe göstərməsini tələb edirik.
Aygün Əliyeva
Xəzər rayonu, 334 № məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB