Vacib hallarda dərman müalicəsi mütləq xarakter daşıyır -OFTALMOLOQ DANIŞDI
“Hər bir fəslin insan orqanizminə, onun orqanlarına müxtəlif təsirləri var. Gözalması da öndə olduğu üçün hava, təbiət ilə birbaşa təmasda olması baxımından bu təsirlərə birbaşa olaraq məruz qalır”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur bildirib.
Onun sözlərinə görə, qış aylarında soyuğun təsirindən gözlərdə sulanma, ağrı, yanmalar və s. baş verir: “Hansı ki, bu zaman gözdə iltihablaşma ola bilər, o isə başqa xəstəliklərə yol açar. Buna görə də insanlar nəinki qış aylarında bütün fəsillərdə gözlərini qorumalıdırlar.
Eyni zamanda, gözlərin sulanması zamanı əlimizlə gözlərimizi ovxalamaq da olduqca zərərlidir. Bunun əvəzinə təmiz salfetlərdən istifadə etmək daha məqsədəuyğundur. Qış aylarında gün eynəklərindən istifadə etmək də gözlərimizi havanın mənfi təsirlərindən qoruyur.
Ümumiyyətlə, gözlə bağlı yaşanan hər hansı bir problemdə həkimə müraciət etmək lazımdır. Bunun əksini edib mütəxəssis olmayan şəxslərin tövsiyələrinə qulaq asmaq lazım deyil. Çünki vacib hallarda dərman müalicəsi mütləq xarakter daşıyır. Hansı ki, bu müalicəni də yalnız və yalnız həkim yaza bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB