“Qış aylarında insanlar ilk növbədə mövsümi meyvələrə üstünlük verməlidirlər. Lakin bu meyvələrin də yerli və orqanik olmasına diqqət etmək lazımdır. Vitamin və mineral deposu olan meyvələr bütün yaş qrupundan olan insanlar üçün vacibdir. Xüsusilə də, yaşlılar və uşaqların immun sisteminin zəif olması səbəbilə onlar bu məsələdə daha diqqətli olmalıdırlar. İkinci növbədə, mövsümi meyvələrin şirələrinin istehlak olunması da olduqca xeyirlidir. Çünki onlar liflərlə zəngin olur, eyni zamanda, rəngli və qazlı içkilərdən daha üstündür ki, insan orqanizmində heç bir fəsadlara yol açmır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.
Onun sözlərinə görə, həftədə ən azı iki dəfə balıq yemək də mütləqdir və bu balıqlar da yerli olmalıdırlar: “İnsanlar çox zaman xaricdən gələn balıqlara üstünlük verirlər, lakin onlar süni şəkildə yetişdirilmiş balıqlar olduğu üçün tərkiblərində olan yağ turşuları da onlarda zəif olur. Həftədə iki dəfə balıq yeyildiyi kimi, həftədə iki dəfə də qırmızı ət yeyilməlidir. Qırmızı ət B12 deposudur və qırmızı ətdən imtina etmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB