“Bir Millət Bir Ürək” layihəsi çərçivəsində görüş olub - FOTOLAR

“Bir Millət Bir Ürək” layihəsi çərçivəsində görüş olub - FOTOLAR

Azərbaycanlı şəhid ailəsi Balıkəsirdə türk şəhid ailələri ilə “Bir Millət Bir Ürək” layihəsi çərçivəsində görüşüb. SİA xəbər verir ki, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova: “Biz türk şəhid ailələrimizlə birik, onları bir görürük. Şəhidlər seçilmiş övladlardır. Onların üzlərindən nur tökülür. Allah birliyimizi, qardaşlığımızı pozmasın" deyib.

Polad Həşimovun anası Səmayə Həşimova Türkiyə və Azərbaycanın təşkil etdiyi “Bir Millət Bir Ürək” layihəsi çərçivəsində Balıkəsirdən şəhid ailələri ilə bir araya gəlib. Həyata keçirilən layihə çərçivəsində şəhərə gələn Həşimova ailəsi üçün Edremit körfəzində gəzinti proqramı təşkil edilib. Havran Bələdiyyə Başçısı Emin Ersoyu, Havran Şəhər Muzeyini və Seyit Onbaşının məzarını ziyarət edən Həşimova ailəsi, Balıkesir Universiteti rektoru, vəkil, professor İbrahim Türkmenlə görüşüb. Ailə Balıkəsir Universitetində təhsil aldıqdan sonra vətənə borcunu yerinə yetirmək üçün könüllü olaraq ölkəsinə qayıdan və Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Məmmədağa Səfərovun adını daşıyan konfrans zalına gedərək universitet rəhbərliyinə təşəkkür edib.

Həşimovalar ailəsi 2015-ci ildə Hakkarinin Dağlıca bölgəsində PKK-lıların hücumu nəticəsində şəhid olan Astsubay Çavuş Deniz Göçkünün ailəsi ilə də Kuvayi Milliyə Məhəlləsində görüşüb. Ziyarət zamanı şəhid Göçkünün anası Ayfer Göçkün və general-mayor Polad Həşimovun anası Səmayə Həşimova bir-birini qucaqlayaraq göz yaşlarını saxlaya bilməyib.

Səfərdə iştirak edən general-mayor Həşimovun bacısı Kəmalə Həşimova da göz yaşı töküb. “Biz və türk şəhid ailələrimiz birik” deyən Səmayə Həşimova burada çıxış edərək Türkiyəyə gəlişindən çox xoşbəxt olduğunu bildirib.

Türk və Azərbaycan xalqlarının hər zaman bir yerdə olduğunu deyən Həşimova: "Bizə "bir qardaş, iki dövlət" deyirdilər. İndi deyirəm ki, "bir dövlət, bir qardaşıq. Sizin dərdiniz mənim dərdimdir. Biz və türk şəhid ailələrimiz hamımız birik. Şəhidlər seçilmiş övladlardır. Allah birliyimizi,qardaşlığımızı pozmasın. Bura gəlməyimizə çox sevinirik. Buradakı şəhid ailələri də istədikləri zaman bizə gələ bilərlər" deyib.

Ayfer Göçkün eyni ağrıları yaşadığı üçün çox emosional olduğunu bildirib. Göçkün ziyarətə görə Həşimova ailəsinə təşəkkür edib. Kəmalə Həşimova onları Türkiyəyə gətirdiklərinə görə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinə və Böyükşəhər Bələdiyyəsinə də təşəkkür edib. Layihə sayəsində iki ölkənin şəhid ailələrinin bir-birinə daha da yaxınlaşdığını izah edən Həşimova, "Əvvəllər sevincimizi bölüşürdük, indi kədərimizi bölüşmək başqa şeydir. Paylaşdıqca ağrı azalır, sevinc isə paylaşdıqca artır” deyib.

TÜİB Təhsil və Mədəniyyət Komissiyasının sədri Raqıp Sarı layihəni şəhid ailələrinin ağrısını bir-biri ilə bölüşmək məqsədi ilə həyata keçirdiklərini bildirib. Gələcəkdə 44 türk şəhid ailəsini daha çox Azərbaycan şəhid ailəsi ilə bir araya gətirməyi hədəflədiklərini açıqlayan Sarı, “Acı paylaşmaqla azalır, paylaşaraq bu ağrını azaltmaq istəyirik, həm şəhidlərimizə verilən dəyəri həm Türkiyədə və Azərbaycanda onlara olan hörmət bizi hər zaman çox sevindirir" deyib.

Həşimova ailəsi daha sonra Balıkəsirdəki qazi və şəhid dərnəklərini və Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmazı ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə