Yeni il üçün hədiyyə qutularına yoxlama-nəzarət tədbirləri həyata keçirilir
Yeni il üçün hədiyyə qutularının hazırlanması zamanı qüvvədə olan mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl edilməlidir. Yeni il ilə əlaqədar hazırlanan hədiyyəlik qutularda həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var. AQTA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, istehlakçılar bilməlidirlər ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan tarix qutunun qablaşdırılma tarixidir. Ona görə də, istehlakçıların Yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirmələri tövsiyə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu sahədə yoxlama-nəzarət tədbirləri həyata keçirilir.Nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlər görülür.
Əgər vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB