Ailə quran cütlüklər arasında yaş fərqi neçə olmalıdır? - ARAŞDIRMA
Psixoloqların fikrincə, uğurlu evliliklərin əsas səbəbi sevginin qarşılıqlı olmasıdır. Əlavə olaraq, təhsil səviyyəsi, dünyagörüşlər uyğun olmalı, evlənənlərin həm ruhi, həm də cismani "əkiz" olmaları vacibdir. Hesab edilir ki, evliliklərdən böyük maneə, insanın daha tez dəyişməyə meyilli olmasıdır. Daha yaxşı bir həyat səviyyəsi olan birini görəndə, həyat yoldaşından daha cəlbedici biri ilə rastlaşanda bu cür problemlər yaranır.

Qadınından daha yaşlı kişilərdə qısqanclıq hissi daha güclü olur ki, bu da ailəyə zərər verir. Özündən kiçik bir kişi ilə münasibət yaşayan qadınlar gəncliyində cəmiyyətin qınağını düşünən qadınlar olur. Bu qınaq yaşadıqları münasibətdə də davam edir. Qadının fikirləri qarışır və «görəsən, bir gün məndən ayrılarmı», «məni həqiqətən sevirmi», «mənimlə evlənəcəkmi» fikirləri onu rahat buraxmır.
Bir sıra psixoloqlar isə deyir ki, bu cür problemlər, adətən, yaş fərqi çox olan ailələrdə yaranır. Belə ki, qadın ərindən 6-10 yaş kiçikdirsə və yaxud da əksinə, kişi həyat yoldaşından kiçikdirsə, qısqanclıq birinci maneədir.

Qeyd olunur ki, evlilik insanlardan bircə şey tələb edir - elastik olmağı. Çünki sabit fikirlilik evliliklərdə ikinci problemdir. Evləndikdən sonra da olduğu kimi qalmaq bizim cəmiyyətin bir çox kişilərinə xasdır. Yenilikçi olmaq, amma mühafizəkarlığını itirməmək vacibdir.
Kişi ilə qadın arasında yaş fərqi nə qədər olmalıdır ki, onlar rahat olsunlar və evlilik xoşbəxt olsun?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Araşdırmalara görə, ən davamlı nikahlar həmyaşıdlar arasındadır. Digər tərəfdən, yaş fərqi ona görə vacibdir ki, onların xüsusiyyətləri, maraqları, həyata baxışları üst-üstə düşsün. Eyni yaşda olan cütlüklərin həyata baxışlarının oxşar olması, eyni vaxtda böyüməsi, cəmiyyətdə eyni dəyişiklikləri görməsi ilə fərqlənir. Belə cütlüklər, adətən, uşaq sahibi olmağa tələsmirlər.
Həyat yoldaşları arasında yaş fərqi təxminən on ilə qədər olması normal hal sayılır.

Psixoloq Vüsalə Əmiraslanova: "Ailə quran cütlüklər arasında yaş fərqi dünya görüşü ilə bağlıdır, yəni bioloji olaraq faktor kimi sayılmır. Aralarında 10/15 yaşdan yuxarı fərq olan cütlüklər arasında problemlər ortaya çıxa bilir. Amma bəzən bir insan özündən 7/8/10 yaşda böyük ilə ailə qurursa və ailə qurduğu yaş 25 üzərindədirsə, elə də ciddi problemlər yaşanmır. Ümumi olaraq evlənənlər arasındakı fərq qoyulma yaşı bəlli deyil. Bu, dünya görüşü ilə bağlı bir məsələdir. Yetkin, müdrük bir insanlar olanda elə də böyük problemlər yaranmır. Ancaq yaxşı olar ki, aradakı yaş 5/6 maksimum 7 yaş olsun. Belə olduğu halda, daha gözəl və davamll ailələr yaranır. Çünki qadınlar daha çox oğlanlardan yaşca böyük olduqlarına görə, daha çox övladları ilə vaxt keçirirlər və bir az daha tez yaşlanmağa meyilli olurlar kimi görünürlər. Psixoloji olaraq tez-tez depressiyalara düşürlər, ona görə yaşı özündən çox böyüklə ailə quran bəzi psixoloji uyğunsuzluqlar yarana bilir".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB