Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Kürdəmir, Zərdab, Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

SİA Komitəyə istinadən xəbər verir ki, qəbul Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digər məsələlərlə bağlı suallar qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə