Bu gün “Səs” qəzetinin redaksiyasında Səs Media Qrup rəhbərliyi ilə və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilib. Görüşdə Türkiyə və Azərbaycan arasında mədəni, sosial, ictimai sahələrdə əməkdaşlığın artırılması, hər iki xalq arasında dostluq əlaqələrinə töhfə verilməsinin vacibliyi vurğulanıb. Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev bu istiqamətlərdə əməkdaşlığın artıırlmasına hər cür dəstək verməyə hazır olduğunu deyib və qeyd edib ki, 2 qardaş xalqı arasında bağların daha da artırılması, ictimai və sosial əlaqələrin daha gücləndirilməsi günün tələbidir.
TÜİB-in baş katibinin müavini Ege Soysal isə qeyd edib ki, təşkilat Azərbaycanda sosial layihələrin həyata keçirilməsi ilə məşğuldur və bu istiqamətdə medianın dəstəyindən də istifadə edilməsini vacib hesab edir. Xüsusən də şəhid və qazi ailələrinə hər cür dəstəyin göstərilməsi ilə bağlı çox sayda layihələr həyata keçirildiyini deyən baş katib müavini bu işlərin davam etdirilməsində israrlı olduqlarını deyib.
Tərəflər müxtəlif sahələrdə sıx əməkdaşlığın edilməsi, yeni layihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərilməsindən məmnun olacaqlarını ifadə ediblər. Sonda əməkdaşlıq istiqamətlərinin hazırlanması və həyata keçirılməsi ilə bağlı razılığa gəlinib.
Lalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB