Şəhər bütünlüklə Yeni İl ruhuna bürünməyə başlayır - QURUMDAN AÇIQLAMA VERİLDİ
“31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İl şənliklərinin keçirilməsi ilə əlaqədar şəhər üzrə işlərə başlanılıb. Bakı Şəhər Ticarət və Xidmət departamenti rayonların icra qurumları tərəfindən parklar, meydan küçələri bəzədilir. Bəzədilmədə bayram atributları, işıqlı çilçıraqlar və digər bəzəklərdən istifadə olunur. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib:
“Daha sonra Bakı Şəhər Ticarət və Xidmət departamenti tərəfindən bayram yarmarkalarının yaradılması üçün işlər görülür. Yarmakalarda qiymətlər digər yerlərdəki qiymətlərdən ucuzdur və bu işlərə qeyd olunan departament tərəfindən nəzarət olunur.
Eyni zamanda, ənənəvi olaraq Fəvvarələr bağı tərəfdə hər il Nərgiz Fondu tərəfindən “Soyuq əllər, isti ürəklər” yarmarkası da fəaliyyət göstərir.
Dənizkənarı Bulvar ərazisi də uyğun olaraq bəzədilir və Şam ağacları qurulur.
Ticarət obyektlərində isə vitrinlərin bəzədilməsinə başlanılıb.
Ümumilikdə şəhər bütünlüklə Yeni İl ruhuna bürünməyə başlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB