Utilizasiya proqramı necə həyata keçirilir? - ARAŞDIRMA

Utilizasiya proqramı necə həyata keçirilir? - ARAŞDIRMA

Hal-hazırda avtomobillərin utilizasiyası və təkrar emalı prosesinə iqtisadi təsir sistemlərinin təhlilinə həsr olunmuş bir çox tədqiqatlar mövcuddur. Avtomobillərin təkrar emalı və utilizasiyası proseslərinin iqtisadi stimullaşdırılmasında dövlətin rolu əsasən qiymətləndirilir.

İstismar müddətini başa vurmuş avtomobilin utilizasiyası təkcə ətraf mühitin çirklənməsinin azalması deyil, həm də təbii ehtiyatların və enerji istehlakının azalmasıdır. Qeyd edək ki, avtomobillərin utilizasiyası və təkrar emalı prosesinin iqtisadi stimullaşdırılması sahəsində müxtəlif ölkələrin təcrübəsi əvəzsizdir.

Avropa Birliyi 1997-ci ildə Avropa Komissiyası nəqliyyat vasitələrinin təkrar emalı ilə bağlı aydın məqsədlər və qaydaları müəyyən edən təklifi qəbul etmişdir. 2000-ci ilin sentyabrında qərarı Avropa Parlamenti və Şura tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Bu qərar nəhayət, 2007-ci ilin iyul ayında qüvvəyə minmişdir. 25 Aİ ölkəsi öz milli qanunlarına müvafiq düzəlişlər edib.

İstifadə müddəti bitmiş nəqliyyat vasitələri haqqında qərara əsasən Aİ ölkələri öz ölkələrində istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin və işlənmiş ehtiyat hissələrinin toplanması üçün lazımi sistem və müvafiq strukturlar yaradır.

2003-cü il iyulun 1-dən Aİ ölkələri istehsalında müəyyən kimyəvi maddələrdən istifadə olunan avtomobillərin satışına icazə vermir və istehsalçıları təkrar emal olunan materiallardan avtomobil hazırlamağa təşviq edir.

Ümumiyyətlə, Aİ ölkələrində işlənmiş avtomobillərin təkrar emalı proseduru standartdır və yuxarıda göstərilən prosedura uyğun olaraq həyata keçirilir.

İstismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin yığılması üzrə məsul işçilərin bir çox ölkələr üzrə şəbəkələr yaradılmışdır. Son sahibi işlənmiş avtomobili bu məntəqələrin hər hansı birinə pulsuz çatdırılır.

ABŞ hər il köhnə avtomobillərin 95%-ni təkrar emal edir. Əlbəttə ki, bu nəticəyə nail olmaq üçün mümkün olan ən sürətli emal təmin etmək lazımdır. ABŞ-da təkrar emal texnologiyası Avropadakından bir qədər fərqlidir. Burada maşının sökülməsinə əhəmiyyət vermirlər. Bir çox poliqonlarda onlar sadəcə nəhəng metal parçalarına sıxılırlar. yenidən əridildikdə, qalan rezinlərin bir hissəsi parça kimi sadəcə yandırılır. Amerika sisteminin əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir: köhnə və ya xarab avtomobillərin hərraclarda satışı; sökülmə və təkrar emalın unifikasiyası; ehtiyat hissələrinin satışından əsas gəlirin əldə edilməsi; işlənmiş ehtiyat hissələri üçün böyük ixrac bazarının olması; avtomobil karkalarının parçalayıcılara satışı tullantıların saxlanması və utilizasiyasının yüksək qiyməti və s.

Bəs, bu proqram necə həyata keçiriləcək?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub. “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası” adlı proqramın layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Təkrar emal proqramını həyata keçirmək, bizim kimi ölkələr üçün asan deyil. Çünki biz böyük avtomobil istehsalçıları deyilik. Çin, Rusiya, Avropa ölkələri, Yaponiya, ABŞ inkişaf etmiş avtomobil sənayesinə malikdir və onların təkrar emal proqramı ilə bağlı heç bir problemi yoxdur. Bizim avtomobil istehsal səviyyəmiz çox aşağıdır. Ona görə də stimullaşdırıcı addımlar atmağa məcburuq ki, vətəndaş yeni avtomobil ala bilsin.

Nəqliyyat eksperti Eldəniz Cəfərov:" Utilizasiya programı əsasən müasir təhlükəsizlik və ekoloji standartlara cavab verməyən avtomobillərə aiddir. Amma qeyd eləmək lazımdır ki, utilizasiya programına könüllülük əsasında həyata keçirilir. Yəni vətəndaş öz istəyi ilə bu prosesdə iştirak edə biləcəklər. Utilizasiya programında əsas məqsəd bizim ölkəmizdə ekosistemin yaxşılaşdırılması , vətəndaşların sosial və iqtisadi rifahını yüksəldilməsidir. Ölkəmizdə istifadə olunan avtomobillərin böyük əksəriyyəti istifadəyə yararsız, avtomabillərdir. Bunlar həm təhlükəsizlik baxımından həm də ekoloji cəhətdən zərərli avtomobillər sayılır".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə