“Açıq fikirli insanlar müxtəlif və mürəkkəb musiqiyə üstünlük verirlər” - PSİXOLOQ DANIŞDI

“Açıq fikirli insanlar müxtəlif və mürəkkəb musiqiyə üstünlük verirlər” - PSİXOLOQ DANIŞDI

“İnsan musiqi dinlərkən sözlərə deyil, ritm və dalğalara fikir verərək zövq alır. İfa edənin səs tembrı, musiqinin ritmi və melodiyasına görə insanlar musiqinin ona necə təsir etdiyini müəyyənləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, bəzi zamanlarda musiqi zövqünə görə insanların xarakterini müəyyənləşdirməyə çalışırlar, amma bu, o qədər də dəqiq məlumatlar olmur:

“Məsələn, 2017-ci ildə meta-analizi nəticəsi olmuşdur ki, açıq fikirli insanlar müxtəlif və mürəkkəb musiqiyə üstünlük verirlər. Ekstrovertlər müasir tendensiyaları (rap, elektronika) seçirlər.

Xeyirxah insanlar daha çox səslərini sadə musiqiyə (kantri) verirlər. İnsan nə qədər emosional cəhətdən qeyri-sabitdirsə, bir o qədər sadə və şən melodiyalara üstünlük verir və şüur ​​səviyyəsi nə qədər yüksəkdirsə, ağır janrları seçmək ehtimalı bir o qədər azdır.

Təbii ki, bunlar böyük ehtimallardır və araşdırmaya açıq olan faktlardır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə